EN

ÇL: “Qarabağ”ın oyunçusu bombardirlər siyahısında!

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade UEFA Çempionlar Liqasının 4-cü turundan sonra yarışın bombardirləri siyahısında yer alıb.
ONN media xəbər verir ki, Kabo-verdeli dünən “Çelsi” ilə matçda (2:2) fərqlənməklə Liqa mərhələsində qollarının sayını 3-ə yüksəldib.
26 yaşlı “Qarabağ”lı ilə yanaşı daha 9 futbolçu 3 qol vurub ki, bu göstərici ilə onlar hamısı 8-ci yerə şərikdirdirlər.
Söhbət Harvi Barns (“Nyukasl”), Fermin Lopes (“Barselona”), Qorka Quruseta (“Atletik”, Bilbao), Markos Lyorente (“Atketiko”, Madrid), Luis Dias (“Bavariya”), Qabriel Martinelli (“Arsenal”), Feliks Nmeça (“Borussiya”, Dortmund), İqor Payşao (“Olimpik”, Fransa) və Duşan Vlahoviçdir (“Yuventus”).
Bombardirlər siyahısına isə 6 qolla “Qalatasatay”lı Viktor Osimhen başçılıq edir. Sonrakı yerləri hərəyə 5 qol vuran Erlinq Haaland (“Mançester Siti”), Harri Keyn (“Bavariya”), Kilian Mbappe (“Real”) və 4 dəfə fərqlənmiş Entoni Qordon (“Nyukasl”), Lautaro Martines (“İnter”), Markus Raşford (“Barselona”) tuturlar.
Chosen
17
4
onn.az

5Sources