EN

Bakıda Zəfər yürüşləri keçirildi

Zəfər Gününün beşinci ildönümü münasibətilə bu gün Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə üç istiqamətdə təşkil olunan yürüş başa çatıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Şəhidlər xiyabanından başlanan yürüş "Alov Qüllələri" Kompleksi - metronun "İçərişəhər" stansiyası - Qoşa qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi istiqamətində davam edib, Bəhram Gur heykəlinin yanında başa çatıb.

Q.Musabəyov parkından başlanan yürüş isə Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti istiqamətində davam edib, Şəhidlər xiyabanında başa çatıb. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

"Olimpik Star" İdman və Əyləncə Mərkəzinin yanından başlanan yürüş Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İ.Nəsimi heykəli istiqamətində davam edib, Neftçilər prospektində başa çatıb.

Hər üç yürüşün sonunda Dövlət Himni səsləndirilib.

Chosen
35
2
far.az

10Sources