EN

Əliməmməd Nuriyev: Azərbaycan dilinin qorunması həm vətəndaşlıq borcu, həm də strateji məsuliyyətdir

Bakı, 6 noyabr, AZƏRTAC

Milli kimliyimizin əsas göstəricilərindən biri Azərbaycan dilidir. AMEA-nın yubilet yığıncağındakı çıxışında Prezident İlham Əliyev ana dilimizin saflığının, təmizliyinin qorunması məsələsini bir daha qaldırdı. Azərbaycan dilində əzəli bir kəlmənin dəyişdirilməsini ya səhv, ya da təxribat kimi dəyərləndirdi, bu istiqamətdə bütün ictimai fəalları, ictimaiyyəti bir nöqtəyə vurmağa çağırdı.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev “Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilən ictimai müzakirədə söyləyib.

O bildirib ki, əgər dövlətin ərazi bütövlüyü onun sərhədləri ilə ölçülürsə, milli kimliyin bütövlüyü də, ilk növbədə, dilin saflığı və işləkliyi ilə müəyyən olunur. Tarix sübut edib ki, bir xalqı məhv etmək üçün onun dilini sıradan çıxarmaq kifayətdir. Dilin məhv olması millətin şüurunda boşluq yaradır, kollektiv yaddaşı silir, tarixi əlaqə zəncirini qırır. Coğrafi sərhədləri ordu qoruyursa, mənəvi sərhədləri dil qoruyur. Azərbaycan dilinin saflığı, işləkliyi və nüfuzu dövlətin mənəvi müdafiə qalxanıdır. Onu qorumaq isə həm vətəndaşlıq borcu, həm də strateji məsuliyyətdir.

Chosen
39
azertag.az

1Sources