EN

Rəşad Nəbiyev ərəb ölkələrinin aparıcı inkişaf fondlarının nümayəndələri ilə görüşüb

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Əbu-Dabiİnkişaf Fondu, Küveyt Ərəb İqtisadi İnkişaf Fondu və Səudiyyəİnkişaf Fondunun nümayəndə heyətləri ilə görüş keçirib.

Trend xəbər verir ki, görüşzamanı qonaqlara AZCON Holding-ə daxil olan şirkətlərin fəaliyyətistiqamətləri, həyata keçirdikləri layihələr və gələcək planlarıbarədə ətraflı məlumat verilib.

Xüsusilə telekommunikasiya, rəqəmsallaşma və nəqliyyatsahələrində innovativ layihələrin maliyyələşdirilməsi, beynəlxalqmaliyyə resurslarının cəlb olunması, eləcə də bu istiqamətlərdəinvestisiya təşəbbüslərinin həyata keçirilməsi imkanları müzakirəedilib.

Eyni zamanda birgə əməkdaşlığın gücləndirilməsi və uzunmüddətlitərəfdaşlıq mexanizmlərinin formalaşdırılmasına dair fikirmübadiləsi aparılıb.

Chosen
49
13
az.trend.az

10Sources