EN

Xankəndidə Zəfər Gününə həsr olunan hərbi yürüş keçirilib

BAKI,TurkicWorld

Noyabrın 6-da Xankəndi şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi yürüş keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən TurkicWorld-ə verilən məlumata görə, şəhərin mərkəzi küçəsində hərbi orkestrlərin müşayiəti ilə təşkil olunan yürüş bayram ab-havası yaradıb.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi orkestri tərəfindən səsləndirilən vətənpərvər musiqilər yürüşə xüsusi ruh verib.

Tədbirdə üçrəngli bayraqlar dalğalanıb, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirilib. Zəfər Günü münasibətilə keçirilən yürüş bir daha Azərbaycan xalqının birliyini, ordumuzun gücünü və torpaqlarımızın azadlığı uğrunda qazanılan tarixi qələbənin əzəmətini nümayiş etdirib.

Chosen
23
10
turkic.world

10Sources