2025-ci ilin noyabrın 5-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
HİT.az xəbər verir ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
İclasda “İlk dÉ™fÉ™ 3 il müddÉ™tinÉ™ tÉ™yin olunan hakimlÉ™rin tÉ™limÉ™ cÉ™lb edilmÉ™si Qaydaları” layihÉ™si vÉ™ “AzÉ™rbaycan Respublikası apellyasiya, ağır cinayÉ™tlÉ™r, hÉ™rbi, inzibati vÉ™ kommersiya mÉ™hkÉ™mÉ™lÉ™rinin É™razi yurisdiksiyası”nda dÉ™yiÅŸiklik edilmÉ™si barÉ™dÉ™ qÉ™rar layihÉ™si tÉ™sdiq edilib.
Daha sonra cari məsələlərə, o cümlədən hakimlər haqqında intizam icraatlarına baxılıb.
İclasda bəzi birinci və apellyasiya instansiya məhkəmələrinin, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Səadət Bəktaşinin hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar səlahiyyətlərinə xitam verilməsi və onların səmərəli fəaliyyətinə görə Məhkəmə-Hüquq Şurasının fəxri döş nişanı ilə təltif edilmələri barədə qərarlar qəbul edilib.