
ABŞ Prezidenti Donald Tramp Cənubi Afrikada keçiriləcək G20 sammitində iştirak etməyəcək.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə Amerika Biznes Forumunda bildirib.
Amerika lideri deyib ki, Cənubi Afrika artıq G20-nin üzvü deyil, çünki orada yaxşı heç nə baş vermir.
“Nəsillər boyu Mayami Cənubi Afrikada kommunist zülmündən qaçanların sığınacağı olub”, - deyə Tramp qeyd edib.
O, sammitdə ABŞ nümayəndə heyətinə vitse-prezident CeymsDevid Vensin rəhbərlik edəcəyinə aydınlıq gətirib.