EN

Daha bir neçə partiya yük vaqonu Azərbaycandan keçməklə Ermənistana yola salınacaq - ADY

Bakı. Trend:

Qarşıdakı mərhələdə həm Rusiyadan, həm də Qazaxıstandan növbətiyük partiyalarının Azərbaycandan tranzit keçməklə Ermənistanagöndərilməsi nəzərdə tutulur.

Trend xəbərverir ki, bunu bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY)Kommunikasiya Departamentinin İctimaiyyətlə Əlaqələr Şöbəsininmüdiri Bəxtiyar Hacıyev Qazaxıstan taxılı ilə yüklənmiş qatarınAzərbaycandan Ermənistana yola salınması zamanı jurnalistlərəaçıqlamasında deyib.

O bildirib ki, Azərbaycandan tranzit keçməklə Ermənistana yüklərgöndərilir: "Dünən Rusiyadan gələn yükYalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu üzrə Ermənistanayola salınıb. Həmin yük 15 vaqondan ibarət 1048 ton 800 kq idi vətaxıl məhsulu idi".

B. Hacıyev qeyd edib ki, eyni zamanda artıq QazaxıstandanAzərbaycan ərazisinə tranzit keçməklə Ermənistana yüklərindaşınmasına başlanılıb: "Dünən Qazaxıstandan Azərbaycana Yalamastansiyasına daxil olan 15 vaqondan ibarət 1000 tona yaxın taxılyüklü vaqon artıq Biləcəri Dəmiryol Stansiyasına çatıb. Bu qatarBiləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu olmaqla yolunu davametdirəcək".

Chosen
50
az.trend.az

1Sources