EN

Ombudsmanın Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar Bəyanatı

Bakı. Trend:

2020-ci il 27 sentyabr tarixində Ermənistanın silahlı qüvvələriişğal siyasətini davam etdirmək məqsədilə azərbaycanlı mülkiəhalinin sıx yaşadığı yaşayış məntəqələrini intensiv şəkildə vəağır silahlardan istifadə etməklə atəşə tutaraq müharibəcinayətləri törətmişdir. Nəticədə çoxsaylı dinc insanlar həlakolmuş, yaralanmış, mülki, inzibati və sosial obyektlərdağıdılıb.

Trend xəbər verir ki, bu barədə AzərbaycanRespublikasının Ombudsmanı məlumat yayıb.

Bildirilir ki, bu hərəkətlərlə Ermənistan beynəlxalq hüququn,dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, gücdənistifadə etməmək və mübahisələri sülh yolu ilə həll etməkprinsiplərini pozaraq, Azərbaycanın suveren ərazisinə hərbi təcavüzetməklə sülh və təhlükəsizliyə, insanların həyat və sağlamlığınaciddi təhdidlər yaradıb:

"Azərbaycan BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiəhüququndan istifadə edərək, vətəndaşların həyat və sağlamlığınınmüdafiəsi, otuz ilə yaxın müddət ərzində işğal altında qalmıştorpaqlarımızın azad olunması məqsədilə əks-hücum əməliyyatlarıhəyata keçirmişdir. Azərbaycan Respublikasının Prezidenti, MüzəffərAli Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, xalqımızınhəmrəyliyi ilə rəşadətli ordumuz cəmi 44 gün ərzində ərazilərimiziişğaldan azad etdi və bununla da tarixi uğura imza atmaqla şanlıZəfər sevincini xalqımıza yaşatdı.

Müharibədən sonrakı dövrdə sülh və əmin-amanlıq üçün təhlükəyaradan separatçı qüvvələrin təxribat əməllərinin qarşısınınalınması, habelə insan hüquq və azadlıqlarının qorunması məqsədilə2023-cü ilin sentyabrında lokal xarakterli antiterror əməliyyatlarıhəyata keçirildi. Vətən müharibəsi və antiterror tədbirləri zamanıəldə olunmuş qələbə nəticəsində dövlətimizin suverenliyi və ərazibütövlüyü tam təmin edildi, regionda insan hüquq və azadlıqlarınınqorunması üzrə geniş imkanlar yarandı".

"Cari ilin avqust ayında ümumilikdə Cənubi Qafqazda dayanıqlısülhün təmini məqsədilə Amerika Birləşmiş Ştatlarının Prezidentininiştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonşəhərində görüşü zamanı “Azərbaycan Respublikası və ErmənistanRespublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsisolunması haqqında Saziş”in paraflanması ilə regionda yaşayanxalqların sülh şəraitində, bir-birlərinin daxili işlərinəqarışmadan firavan həyat sürmələri üçün münbit şəraitin əsasıqoyulmuşdur.

Bütün müsbət irəliləyişlərə baxmayaraq, işğal və müharibədövründə itkin düşmüş soydaşlarımızın taleyinin aydınlaşdırılması,keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərimizətəhlükəsiz və ləyaqətli qayıdış hüququnun tam təmini vəminatəmizləmə prosesinin sürətləndirilməsi məqsədilə dəqiq minaxəritələrinin ölkəmizə təqdim olunması kimi həlli vacib olanproblemlər isə hələ də qalmaqdadır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) olaraq qeyd etmək istərdim ki, beynəlxalq təşkilatlar,dünya dövlətləri, xarici ölkələrin ombudsman və milli insanhüquqları təsisatları beynəlxalq hüquq normalarının təmini,müharibə nəticəsində pozulmuş insan hüquq və azadlıqların bərpası,dayanıqlı inkişafın və daimi sülhün bərqərar edilməsi üçün birgətəşəbbüslərini əsirgəməməlidir.

Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təminolunması uğrunda həyatlarını itirmiş şəhidlərimizin əziz xatirəsinidərin ehtiramla yad edir, ölkəmizə, regiona və dünyaya davamlı sülhvə əmin-amanlıq arzu edirəm", - qurumun bəyanatında əlavəolunub.

Məqalədə:
Chosen
31
23
az.trend.az

10Sources