EN

Qadınları vizual olaraq qocaldan 9 dəbli saç düzümü və kəsim

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

40 yaşdan sonra saç düzümünü seçərkən xüsusilə diqqətli olmaq lazımdır, çünki bəzi modellər qadının yaşını vurğulayaraq onu daha qoca göstərə bilər.

Gənc yaşlarda demək olar ki, hər saç kəsimi yaraşır, lakin zaman keçdikcə eyni saç forması üz cizgilərini sərtləşdirə və çatışmazlıqları qabarda bilər. 

Qaynarinfo xəbər verir ki, stil üzrə ekspert Soya Kabbabe "Best Life" nəşrinə müsahibəsində qadınları daha yaşlı göstərən saç modelləri barədə xəbərdarlıq edib.

Yaş "gətirən" saç kəsimləri:

Düz saçlar

Mütəxəssisin fikrincə, yaş artdıqca saç təbii qalınlığını itirir, buna görə də çox uzun düz saçları saxlamaq mənasızdır. Saçlara həcm qatmaq üçün mus, jel və spreylərdən istifadə etmək, yaxud stilistdən çoxqatlı kəsim istəmək tövsiyə olunur.

Nazik qatlı kəsimlər

Kabbabe xəbərdar edir ki, nazik və ucları seyrək qatlı saç kəsimləri də görünüşü qocaldır. Saçların üzü çərçivəyə alan, təbii həcmi qoruyan və asanlıqla formalaşan modellər seçilməlidir.

Topuz və çox sıx yığılmış saçlar

Saçı sıx bağlayan hər bir düzüm, məsələn, topuz və bərk burğular, qadını yaşlı göstərir. İstisna yalnız ortadan sıx və hamar topuz ola bilər, lakin o da hər kəsə yaraşmır. Daha yaxşı seçim – bir qədər dağınıq, təbii görünüşlü topuzdur.

Bərabər qısa kəsimlər

Qısa saç modelləri dəbdə olsa da, hamıya yaraşmır. Düz bob, dairəvi həcimli və ya "pixie” tipli kəsimlər xüsusilə nazik saçlarda üzü sərtləşdirir və illər əlavə edir.

Həddindən artıq uzun saçlar

Əgər saç çox uzundursa və ona qulluq edilmirsə, bu, yaşlı təsiri yaradır. Parıltısını və canlılığını itirmiş uzun saçlar görünüşü ağırlaşdırır. Saçın uzunluğunu saxlamaq istəyənlər üçün ən yaxşı həll variantı pilləli kəsim və ya "pərdə formasında” qısa çolka sayılır.

Qalın və düz çolka

Yanlış seçilmiş çolka da qadını qocalda bilər. Xüsusən də qalın, düz və eyni uzunluqda çolkalar üzü "ağırlaşdırır”. Kıvırcıq və ya forması tez pozulan saçlarda bu təsir daha da güclənir.

Nazik, qısa çolka

Həddindən artıq qısa və seyrək çolka da arzuolunan deyil. Belə modellər alnı açaraq saçın həcmsizliyini vurğulayır və yaşlı görünüş yaradır.

Tuf (saçı qaldırmaq) üsulu

Kabbabe bildirir ki, saçı yuxarı doğru daranmaqla həcim vermək artıq köhnəlmiş üsuldur və qadını dərhal yaşlı göstərir. Müasir həcimverici vasitələr bu effekti daha təbii şəkildə yaradır.

"Dəniz dalğası" effekti və daranmamış saçlar

Gənclərdə cəlbedici görünən "nəm” və dağınıq saç effekti 40 yaşdan yuxarı qadınlarda yorğun və baxımsız görünüş yaradır. Buna görə də saçın parlaqlığını və təravətini qorumaq üçün stilinq vasitələrindən istifadə etmək vacibdir.

Ekspert həmçinin saçın rənginə diqqət etməyi məsləhət görür. "Elizabeth Kosich Styling" brendinin təsisçisi Elizabet Kosiç bildirir ki, çox tünd rənglər üz xətlərini sərtləşdirir və qırışları ön plana çıxarır. Bunun əvəzinə saç tonunu 1–2 ton açmaqla daha yumşaq və harmonik təsir əldə etmək mümkündür.

Eyni zamanda, saçları həddən artıq ağartmaq da məsləhət görülmür — rəng və dəri tonuna uyğun olmayan açıq çalarlar təbii görünüşü poza bilər.

Ən vacib məqam isə saçın sağlamlığıdır: istənilən rəng və modeldə saç ucları və kökləri baxımlı olmalıdır, əks halda hətta 30 yaşında belə saç düzümü sizi daha yaşlı göstərə bilər.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
55
qaynarinfo.az

1Sources