"Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Çelsi" ilə Bakıda 2:2 hesablı heç-heçə edib.

Offsideplus.az xəbər verir ki, bu, Azərbaycanı UEFA reytinqində Serbiyaya bir azda yaxınlaşdırıb.

Hazırda Azərbaycanın 22 min 250 xalla 25-cidir. Serbiyanın xalı isə 22 min 375-dir.

"Qarabağ" daha bir qələbə qazanarsa, onları geridə qoyacağıq.

Qeyd edək ki, Serbiyanın avrokuboklarda qalan yeganə təmsilçisi "Srvena Zvezda"dır. Onlar Avropa Liqasında 3 turdan sonra cəmi 1 xal toplaya bilib.