EN

Haaland ÇL də rekorda imza atdı

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının 4-cü turunda “Mançester Siti” doğma meydanda Almaniya nəhəngi “Borussia Dortmund”u 4:1 hesabı ilə məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, oyun yalnız nəticəsi ilə deyil, Erlinq Haalandın yenə tarixi bir rekorda imza atması ilə də yadda qalıb.

“Etihad” stadionunda keçirilən qarşılaşmada hesabı 23-cü dəqiqədə Fil Foden açıb. İngilis yarımmüdafiəçi cərimə meydanında dəqiq zərbə ilə komandasını önə keçirərək, Çempionlar Liqasında 19-cu qolunu qeyd edib.

Bu qoldan cəmi altı dəqiqə sonra səhnəyə Haaland çıxıb. Norveçli ulduz cərimə meydanında boş qalan topu qapıya göndərərək, bu mövsüm turnirdə oynadığı dördüncü oyunda da qol vurmağı bacarıb. O, əvvəlki komandası “Dortmund”un qapısından top keçirsə də, ehtiram əlaməti olaraq qol sevincini göstərməyib.

Bu nəticə ilə 25 yaşlı hücumçu Çempionlar Liqası tarixində üç fərqli klubla (Salzburg, Dortmund, Manchester City) ardıcıl beş oyunda qol vuran ilk futbolçu olub. Bu göstərici ilə Haaland turnirin tarixində qırılması çətin bir rekorda imza atıb.

Cari mövsümdə həm Premyer Liqada, həm də Çempionlar Liqasında çıxış edən Haaland indiyədək 14 matçda 18 qol vurub. O, yalnız “Tottenham” və “Aston Villa” qarşılaşmalarında fərqlənə bilməyib.

Oyunun ikinci hissəsində Foden (57’) fərqi artırıb, Dortmund isə 72-ci dəqiqədə Antonun qolu ilə hesabı 3:1 edib. Lakin əlavə vaxtda Çerki fərqi yenidən üç topa yüksəldərək, “şəhərlilər”ə mövsümdə üçüncü qələbəsini qazandırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
78
qafqazinfo.az

1Sources