EN

Ulduz futbolçu "Real"ın təklifini rədd edib

"Arsenal"ın müdafiəçisi Uilyam Saliba "Real Madrid"in onu transfer etmək istədiyini açıqlayıb. Metbuat.az xəbər verir ki, o, təklifin cəlbedici olduğunu etiraf edib. Bununla belə futbolçu, “Arsenal”da uğurlar qazanmaq istədiyini ifadə edib. O, Premyer Liqa və Çempionlar Liqasında kuboklar qazanmaq istədiyini bildirib.

Qeyd edək ki, Uilyam Saliba mövsümün əvvəlində “Arsenal” klubu ilə yeni müqavilə imzalayır. Onun müqaviləsi 2030-cu ildə yekunlaşır.

Chosen
17
6
metbuat.az

7Sources