EN

Apple iPhone dan ucuz MacBook buraxacaq

Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Texnoloji nəhəng Apple yaxın vaxtlarda ucuz noutbuk bazarına daxil olmağı planlaşdırır.

Moderator.az xəbər verir ki, şirkət Microsoft və Google-un büdcə kompüterləri ilə rəqabət aparmaq məqsədilə yeni, münasib qiymətli MacBook modeli hazırlayır. Cihazın 2026-cı ildə təqdim ediləcəyi gözlənilir.

Yeni MacBook əsasən internetdə işləyən, sənədlərlə məşğul olan, eləcə də sosial şəbəkələrdə foto və video redaktə edən tələbələr və gündəlik istifadəçilər üçün nəzərdə tutulub.

Apple bu modeli 1000 dollardan xeyli ucuz qiymətə satışa çıxarmağı planlaşdırır. Məlumata görə, noutbukda iPhone-larda istifadə olunan çipdən istifadə ediləcək və bu dəfə şirkət M seriyalı prosessorlardan imtina edəcək.

Hazırda “J700” kod adı ilə tanınan cihaz sınaq mərhələsindədir. Tərəfdaş təchizatçılar artıq erkən istehsal prosesinə başlayıblar. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
50
2
moderator.az

7Sources