EN

NASA namizədi 2026-cı ildə Marsa missiya göndərməyi təklif etdi.

BAKI, 6 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın NASA rəhbəri vəzifəsinə yenidən namizəd kimi irəli sürdüyü milyarder Cared Ayzekman 2026-cı ildə Marsa pilotsuz missiya göndərməyi təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Nəşrin əldə etdiyi “Afina Layihəsi” (Project Athena) adlı sənəddə qeyd olunur ki, missiyanın həyata keçirilməsində "SpaceX", "Blue Origin", "Rocket Lab" və "Axiom Space" şirkətləri ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Ayzekman da "X" sosial şəbəkə hesabında layihənin mövcudluğunu təsdiqləyib.

“Afina Layihəsi mənim və kiçik bir komandanın namizədliyim ilk dəfə irəli sürüldüyü vaxtdan üzərində işlədiyi bir plan idi. Onun bəzi hissələri artıq aktuallığını itirib”, - o yazıb.

Milyarder həmçinin sənədin mediaya indi sızdırılmasına təəccübünü bildirib.

“Görünür, bəziləri siyasətin NASA-nın missiyasına və prezidentin kosmosla bağlı məqsədlərinə mane olmasına icazə verir”, - Ayzekman qeyd edib.

Chosen
124
teleqraf.com

1Sources