EN

Bu ərazilərdə qaz olmayacaq

Xətai rayonu, H.Salmani küçəsində yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması və “8-ci Mədən” QTM-in daxilində aparılacaq təmir işləri ilə əlaqədar 06.11.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Xətai rayonunun H.Salmani küçəsinin, Səbail rayonunun isə Neftçilər prospektinin, Bayıl və Badamdar qəsəbələrinin, 20-ci Sahə yaşayış massivinin, Z.Əliyeva, İstiqlaliyyət, R.Rza küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Chosen
10
33
anews.az

10Sources