EN

Ərdoğan Demirtaşın azadlığa buraxılması məsələsindən danışdı:“MƏHKƏMƏ NƏ DESƏ...”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) HDP-nin həmsədri Səlahəttin Demirtaş barədə qərarına münasibət bildirib.

 

Senzor.az-ın məlumatına görə, Ərdoğan deyib ki, məhkəmə sistemi bu məsələdə nə desə, o da tətbiq ediləcək.

 

Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Demirtaşın azadlığa buraxılması ilə bağlı qərarı qətiləşib.

 

Xatırladaq ki, 2014-cü ildə Kobani etirazları ilə əlaqədar 42 il həbs cəzasına məhkum edilən Demirtaş doqquz ildir həbsdədir.

 

Xatırladaq ki, bundan əvvəl Türkiyə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı da Edirnədə həbsdə olan Səlahəddin Demirtaşın azadlığa buraxılması ilə bağlı sualları cavablandırmışdı. Baxçalı hüquqi proseslərin artıq nəticə verdiyini və Demirtaşın azadlığa çıxmasının xeyirli işlərə səbəb olacağını bildirmişdi.

Chosen
83
senzor.az

1Sources