EN

“Marsel” öz meydançasında “Atalanta”ya məğlub olub - VİDEO

Çempionlar Liqasının 4-cü turunun “Marsel” və “Atalanta” komandaları arasında oyunu başa çatıb.

İdman.Biz bildirir ki, qonaqlar oyunda 1:0 hesabı ilə qələbə qazanıblar.

Lazar Samarciç matçın yeganə qolunu 90-cı dəqiqədə vurub.

Bu oyundan sonra “Marsel” üç xalla Çempionlar Liqasının turnir cədvəlinin sonlarında qərarlaşıb. “Atalanta” yeddi xalla turnir cədvəlinin ortasındadır.

Növbəti turda “Marsel” 25 noyabrda “Nyukasl Yunayted”lə, “Atalanta” isə 26 noyabrda “Ayntraxt Frankfurt”la oynayacaq.

İdman.Biz

Chosen
85
idman.biz

1Sources