EN

ÇL: “Qalatasaray”la MS-dən darmadağın, “Barsa”dan xal itkisi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin 4-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 9 qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ” İngiltərə nəhəngi “Çelsi”ni qəbul edib. Dörd qolun vurulduğu bu görüşdə qalib müəyyənləşməyib.

“Qarabağ”ın ÇL-dəki digər rəqiblərindən “Ayaks” evdə “Qalatasaray”la qarşılaşıb. Türkiyə çempionu səfərdə darmadağına sevinib.

Dortmund “Borussiya”sı səfərdə “Mançester Siti” ilə üz-üzə gəlib. İngiltərə nəhəngi bu matçda darmadağınla qələbə qazanıb.

İspaniya çempionu “Barselona” isə “Brügge”nin qonağı olub. Altı qolluq matçda Kataloniya təmsilçisi xal itkisi ilə üzləşib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur
5 noyabr

Qarabağ (Azərbaycan) – Çelsi (İngiltərə) 2:2
Qollar: Leandro Andrade, 29. Marko Yankoviç, 39-pen – Estevan, 16. Alexandro Qarnaço, 53.

Pafos (Kipr) – Vilyarreal (İspaniya) 1:0
Qol: Lukassen, 46.

Mançester Siti (İngiltərə) – Borussiya (Dortmund, Almaniya) 4:1
Qollar: Foden, 22; 57. Haland, 29. Şerki, 90+1 – Anton, 72.

İnter (İtaliya) – Kayrat (Qazaxıstan) 2:1
Qollar: L.Martines, 45. K.Auqusto, 67 – O.Arad, 55.

Benfika (Portuqaliya) – Bayer (Almaniya) 0:1
Qol: P.Şik, 65.

Brügge (Belçika) – Barselona (İspaniya) 3:3
Qollar: Tresoldi, 6. Forbs, 17; 64 – F.Torres, 8. L.Yamal, 61. Tsolis, 77-öz qapısına.

Ayaks (Niderland) – Qalatasaray (Türkiyə) 0:3
Qollar: Osimhen, 59; 65-pen; 78-pen.

Olimpik (Marsel, Fransa) – Atalanta (İtaliya) 0:1
Qol: Samardziç, 90.

Nyukasl (İngiltərə) – Atletik (İspaniya) 2:0
Qollar: Börn, 11. Joelinton, 49.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
8
21
arena.az

10Sources