"Real Madrid" fransalı yarımmüdafiəçi Eduardo Kamavinqa üçün "Nyukasl Yunayted" klubundan 70 milyon avro dəyərində ilkin təklif alıb.
Offsideplus.az xəbər verir ki, Madrid klubu hələlik bu transferə qapını tam bağlamayıb və qərar verməzdən əvvəl futbolçunun mövqeyini öyrənmək istəyir.
Bildirilir ki, danışıqlar erkən mərhələdədir və keçid yalnız növbəti yayda reallaşa bilər.
22 yaşlı Kamavinqanın həm müdafiə, həm də mərkəz yarımmüdafiə mövqelərində sabit oyunu rəhbərliyin diqqətini cəlb edib.