EN

Çeçenistan Zelenskinin müsəlmanlarla bağlı planını açıqladı

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Çeçenistan Elmlər Akademiyasının rəhbəri Cambulat Umarov Ukrayna lideri Volodimir Zelenskini Rusiyanın müsəlman əhalisini təxribata çəkməkdə ittiham edib.

Globalinfo.az xəbər verir ki, Umarov bu açıqlamanı Millətlərarası Siyasət Şurasının iclasında verib.

Umarov bildirib ki, Zelenski İmam Şamilin barelyefinin qarşısında poza verməklə Volqaboyu müsəlmanları, Qafqaz dağ xalqlarını və gəncləri Rusiya əleyhinə təhrik etməyə çalışır:

“O, müxtəlif barelyeflərin qarşısında poza verməyi xoşlayır. Bununla Volqaboyu müsəlmanları və gənclərimizi Rusiyaya qarşı yönəltməyə cəhd edir”.

Akademiya rəhbəri əlavə edib ki, gənclər Zelenskinin bu cəhdlərini sadəcə komediyaçı kimi onun zarafatları səviyyəsində qəbul edir və onun təxribatlarına uymayacaqlar:

“Biz tam əminliklə deyə bilərik ki, Rusiyanın döyüşçü atlıları düşmənlərini darmadağın edib və bu, davam edəcək”.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
76
globalinfo.az

1Sources