"Azərbaycanlılara xas şəkildə mübarizə apardılar".
Offsideplus.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Çelsi" ilə 2:2 hesabı ilə başa çatan matçdan sonra deyib.
Qurbanov sözlərinə belə davam edib:
"İlk dəfə ingilis klubları ilə matçda xal qazandıq. Bu gün xalsız da qala bilərdik. Qarşıda çətin görüşlər bizi gözləyir".
Təcrübəli mütəxəssis Kadinin zədəsi barədə də söz açıb:
"Kadinin zədəsi ciddiyə oxşayır. Ayağındakı kiçik sümüklərdə qırılma var".
O, sözlərinə belə davam edib:
"Qarabağ" artıq daha çox təcrübəlidir. Baxmayaraq ki, heyətimizdə avrokuboklarda çıxış etməyən oyunçular yer alır.
Bəzi matçlarda riskə getmək lazımdır. Nəticə qazanmaq üçün bunu etməliyik. Futbolçularıma imkan vermədim ki, "Çelsi" ilə matçda müdafiədə otursunlar".