EN

Səudiyyə nəhəngi Beşiktaş ın ulduzunu istəyir

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

Səudiyyə Ərəbistanının nəhəng klubu “Əl-Əhli” “Beşiktaş”ın portuqaliyalı yarımmüdafiəçisi Rafa Silvanı heyətinə qatmaq istəyir.

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış jurnalist Sercan Dikme yayıb. Bildirilir ki, klub yanvar transfer pəncərəsi üçün 32 yaşlı futbolçu ilə maraqlanmağa başlayıb və artıq ilk təmaslar qurulub.

Rafa Silva bu mövsüm “Beşiktaş”ın ən məhsuldar oyunçularından biri olub və klub rəhbərliyi onun ayrılığına yalnız yüksək məbləğli təklif gəldiyi halda razılıq verəcək.

Qeyd edək ki, futbolçu bu mövsüm çıxış etdiyi 16 matçda 5 qol 3 məhsuldar ötürmə ilə fərqlənib.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
fanat.az

2Sources