EN

Huşsuz vəziyyətdə xəstəxanaya gətirilən gənc öldü - Gəncədə DƏHŞƏT

Gəncə şəhərində xəstəxanada ölüm faktı qeydə alınıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxanada baş verib.

Belə ki, şəhərin Məhsəti qəsəbə sakini, 2006-cı il təvəllüdlü Ə.Abbasov huşsuz vəziyyətdə xəstəxanaya gətirilib.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
55
7
manset.az

8Sources