EN

Maduro: Venesuela ABŞ ın təcavüzü halında hərtərəfli müdafiəyə hazırdır

ain.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Venesuela ABŞ-ın təcavüzü halında hərtərəfli müdafiəyə hazırdır. Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Venesuela prezidenti Nikolas Maduro deyib.O bildirib ki, ölkəsi hərtərəfli müdafiə planı və ABŞ-ın təcavüzü halında silahlı münaqişəyə keçid planını qəbul edib. Maduro Venesuelanın hakim Vahid Sosialist Partiyası (PSUV) və partiyanın gənclər qanadının “Venezolana de Television” telekanalında yayımlanan növbədənkənar qurultayında deyib ki, Vətənin hərtərəfli müdafiəsi üzrə strateji konsepsiya çərçivəsində ABŞ-ın hücum edəcəyi təqdirdə silahlı mübarizəyə keçid üçün plan qəbul edib.O bildirib ki, plan Venesuellanın ərazi bütövlüyünü, ləyaqətini, sülh hüququnu və gələcəyini müdafiə etmək üçün silahlı mübarizəyə keçidi tələb edir. Maduro bəyan edib ki, imperializm itirilmiş hərbi, iqtisadi və mədəni hegemonluğu bərpa etməyə çalışır.Mehman Mehdiyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
47
newscenter.az

1Sources