EN

Yaponiya Fukuşima sızmasından sonra yeni nüvə reaktoru üçün ilk axtarışa başlayıb



Yaponiya, 2011-ci ildə baş verən zəlzələ nəticəsində zərər görən ölkənin şimal-şərqindəki Fukuşima Daiçi elektrik stansiyasında radioaktiv sızmadan sonra ilk dəfə olaraq yeni nüvə reaktorunun tikintisi üçün yer axtarışına başlayıb.
Jiji Press-in məlumatına görə, Kansai Elektrik Enerjisi (KEPCO) şirkəti Fukui prefekturasında, Mihama Nüvə Elektrik Stansiyasının yerləşdiyi ərazidə yeni nüvə reaktorunun tikintisini qiymətləndirmək üçün araşdırmalara başladığını açıqladı.

2011-ci ilin mart ayında baş verən zəlzələ nəticəsində zədələnmiş Fukuşima Daiçi elektrik stansiyasında radioaktiv sızmadan sonra Yaponiyada aparılan ilk sahə tədqiqatı olan bu tədqiqat, yeni reaktorun tikintisinin uyğunluğunu qiymətləndirmək üçün 2030-cu ilə qədər Mihama Nüvə Elektrik Stansiyasının içərisində və xaricində iki ərazidə geoloji və topoqrafik şəraiti araşdıracaq.

KEPCO layihənin gəlirliliyini və Yaponiya Nüvə Tənzimləmə Agentliyinin (NRA) siyasətini nəzərə alaraq son qərarını verəcək.

11 mart 2011-ci ildə Yaponiyada baş verən 9 bal gücündə zəlzələ və ardınca baş verən sunami Fukuşima Daiiçi Atom Elektrik Stansiyasında radioaktiv sızmaya səbəb oldu. Sızmadan sonra ərazidəki on minlərlə sakin evlərini tərk etmək məcburiyyətində qaldı.

Sızmanın tam qarşısını almaq və stansiyanı sökmək üçün onilliklər lazım olacağı təxmin edilir.

aia.az
Tərcümə şöbəsi



Chosen
84
aia.az

1Sources