EN

“Cəbrayıl”da yeni məşqçi?

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“Cəbrayıl”da baş məşqçi xaosu davam edir.“Futbol+”ə açıqlama verən klubun rəhbər şəxslərindən biri Şahin Məmmədov tez-tez, 1-2 turluq kömək üçün tanış məşqçiləri gətirdiyini bildirmişdi. “Şahdağ Qusar”la matça komandanı Tariq Qasımov çıxarmışdı. Bəs Tariq bəy daimi əsasda işləyəcək, yoxsa hələ də köməkçi məşqçidi? “Baku Sportinq”lə sabahkı oyuna komandanı kim çıxaracaq? Şahin Məmmədov sualımızı belə cavabladı:

“Tariq Qasımov köməkçi məşqçidi. İnşallah, “Baku Sportinq”lə də oyunda da Tariq müəllim çalışacaq”.

Qeyd edək ki, komanda iki mövsümdü baş məşqçi tapa bilmir…MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
38
1
icma.az

2Sources