"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti matçını keçirib.


Rekord.az xəbər verir ki, əsas mərhələnin 4-cü turunda Bakıda İngiltərənin "Çelsi" kollektivini qəbul edən Ağdam təmsilçisi 0:5 hesabı ilə uduzub.


Oyun "Azərsun Arena"da keçirilib.


Qeyd edək ki, "Qarabağ" UEFA Gənclər Liqasının əsas mərhələsində daha əvvəl keçirdiyi oyunlarda "Benfika" (1:7), "Kopenhagen" (0:5) və "Atletik"ə (0:3) uduzub.