AZ

"Qarabağ" UEFA Gənclər Liqasında "Çelsi"yə məğlub olub

"Qarabağ" uefa gənclər liqasında "Çelsi"yə məğlub olub

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti matçını keçirib.

"Report"un məlumatına görə, əsas mərhələnin IV turunda Bakıda İngiltərənin "Çelsi" kollektivini qəbul edən Ağdam təmsilçisi 0:5 hesabı ilə uduzub.

Oyun "Azərsun Arena"da keçirilib.

Qeyd edək ki, "Qarabağ" UEFA Gənclər Liqasının əsas mərhələsində daha əvvəl keçirdiyi oyunlarda "Benfika" (1:7), "Kopenhagen" (0:5) və "Atletik"ə (0:3) uduzub.

Seçilən
35
4
xalqcebhesi.az

7Mənbələr