“Qarabağ” – “Çelsi” oyununu Pərviz Musayev və türkiyəli şərhçi Ertem Şener şərh edəcək. Ajans.azxəbər verir ki, matç saat 21:45-də “CBC Sport” kanalında canlı yayımlanacaq. Türkiyəli məşhur şərhçi Ertem Şener bu səbəblə Bakıya gəlib.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” görüşü bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.