Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 7-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Beş qolun qeydə alındığı “Mingəçevir” – “Şəfa” oyununda qonaqlar qalib gəliblər. “Baku Sportinq” “Cəbrayıl”ı 2 cavabsız qolla üstələyib. “Səbail” isə MOİK-lə oyunda 3 xalı tək qolla qazanıb.
7-ci turun qalan oyunları noyabrın 6-da keçiriləcək.
Birinci Liqa
7-ci tur
5 noyabr
“Baku Sportinq” – “Cəbrayıl” 2:0
Qollar: Ceyhun Muxtarlı, 38. Elvin Valiiev, 61.
Hakimlər: Ruslan Quliyev, Rəşad Quliyev, Sənan Atayev, Murad Səlimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Buzovna qəsəbə stadionu, 14:00.
“Mingəçevir” – “Şəfa” 2:3
Qollar: Seymur Məmmədov, 32. Kennet Kalunqa, 80 – Pərviz Azadov, 34. Tərlan Quliyev, 45+2-pen. Amir Ebrahimzade, 90+1.
Hakimlər: İslam Məmmədov, Rasim Axundov, Orxan İbişov, Şamil İmanzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:00.
“Səbail” – MOİK 1:0
Qol: Tuqay Əlizadə, 31.
Hakimlər: Alik Yunusov, Nurlan Əhmədzadə, Elman Kərimov, Əkbər Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Bayıl Arena”, 15:00.
6 noyabr
“Şahdağ Qusar” – “Şimal”
Hakimlər: Səbuhi Bayramov, Səbuhi Əmrahov, Aydın Bəxşiyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Difai” – “Zaqatala”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Samir Qaracayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağsu şəhər stadionu, 14:00.

