"AXCP və Müsavat çox təəssüf ki, 90-cı illərin əvvəllərində qalmış və bir addım da irəli getməmiş insanların toplaşdığı partiyalardır. Düşmənçilikdən güc alan, düşmənçilik təbliğatı aparan, öz həmvətənlərinə qarşı kin və qəzəb bildirməkdən çəkinməyən liderlər çox təəssüf ki, son 30 ildə dəyişə bilməyiblər". Bu barədə SİA-ya siyasi ekspert Abutalıb Səmədov bildirib.
_(1).jpg)
Onun sözlərinə görə, zorakı vasitələrlə hakimiyyətə gəlmiş və qısa müddətdə səriştəsizlikləri, bacarıqsızlıqları, savaşsızlıqları ucbatından hakimiyyəti təhvil vermək məcburiyyətində qalan bu insanlar yenə də ümidlərini zorakılığa bağlaya bilirlər. Bəlkə də “qaytardılar” ümidilə yaşayırlar. Anlamaq istəmirlər ki, şərait dəyişib.
İnanıram ki, siyasi partiyalara qarşı heç bir mübarizə olmamalıdır. Qanunun tələb etdiyi sayda üzvü olmayan partiyalar barədə də qanunda nəzərdə tutulan tədbirlər görülməlidir. Onların ləğvi məsələsi də qaldırılmalıdır. Bugün Azərbaycanda 5 min rəsmi üzvü olan partiyaların sayı 26 ola bilməz. 3, 4, 5-dən o yana keçmir və "Siyasi partiyalar" haqqında qanunun tələblərinə cavab verməyən partiyalara güzəşt edilməməlidir. İlk növbədə isə bu, AXCP və Müsavat partiyalarına aiddir".