EN

Mirzoyan: “Azərbaycanlılar öz ölkələrində yaşamalıdır”

“Hesab edirəm ki, Ermənistanda Ermənistan vətəndaşları, Azərbaycanda da Azərbaycan vətəndaşları yaşamalıdır”.

Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O daha sonra bildirib ki, konstitusiyaya dəyişiklik Ermənistanın daxili işidir. “Biz Ermənistan və Azərbaycan konstitusiyalarının, üstəlik, sonuncunun Ermənistan üçün təhdidlər ehtiva etməsi, danışıqlar predmeti olması fikrini bölüşmürük. Sülh bərqərar olub, əsas məsələlərdə anlaşma var. Amma başqa məsələlər də var ki, onlar haqqında razılaşma yoxdur”.

Mirzoyan sülh müqaviləsindən də danışıb. “Sülh müqaviləsinin nə vaxt imzalanacağını söyləmək mənim üçün çətin olacaq. Lakin həmin müqavilənin paraflanması ilə Ermənistanla Azərbaycan arasında sülh qeydə alınıb və təsdiqlənib”.

Nazir onu da vurğulayıb ki, Bakıdan da konstruktiv addımlar davam edir. “Razı deyilsiniz? Biz bir dəqiqə əvvəl Azərbaycan üzərindən Ermənistana daxil olan yüklərdən danışırdıq. Bunu dağıdıcılıq kimi xarakterizə edə bilərsinizmi? Məncə, yox”.

Fərda Uğur

Chosen
66
1
tribunainfo.az

2Sources