EN

Miqrendən əziyyət çəkirsiniz?

Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bir çoxları şiddəttli baş ağrısından şikayət edir. Bunun əsl səbəbi isə bəzən miqren deyilən xəstəlikdir.

Axşam.az xəbər verir ki, bəzi araşdırmalar damarların sıxılmasının şiddətli tutmalara səbəb olduğunu göstərir.

Miqren əsasən başın bir hissəsində yaranır. Şiddətli tutmalar zamanı göz qaralması, göz yaşarması, baş dönməsi, ürək bulanma, səs, işıq və qoxulara qarşı həssaslıq müşahidə edilir.

Alkoqol, aclıq, doğru tərtib edilməyən pəhriz, az yemək, az su qəbulu, ağır fiziki iş, uzun müddət yol getmək, kəskin qoxular, , başı həddən artıq isti saxlamaq, ətirlər, güclü işıq, stres, qorxu, hormonal dərmanların qəbulu, qan dövranı pozulması bu xəstəliyi tətikləyən səbəblərdəndir.

Onu da qeyd edək ki, hər baş ağrısı miqren deyil. Bu diaqnozun qoyulması üçün tomoqrafiya cavablarının təmiz olması, baş ağrılarına səbəb olacaq hər hansı bir amilin olmaması gərəkdir.

Miqrenin tam həlli olmasa belə, bir sıra bitki qarışımları tutmalar zamanı olduqca faydalıdır.

2 fincan suya 2 x.q nanə, 1 c.q üyüdülmüş mixək, 1 ç.q dənəvər qara istiot əlavə edilərək 1 dəqiqə qaynadılır. Daha sonra bu suya 1 ədəd kartof xırdalanır. Qarışığı tənzifə yayaraq ağrıyan hissənin uzərinə qoyub bağlayırıq. Bu üsul hətta həkimlər tərəfindən də tövsiyyə edilir.

Bundan əlavə, nanə yağı, kəklikotu yağı ilə gicgahları masaj etmək də ağrılara qarşı faydalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
76
1
axsam.az

2Sources