EN

Ermənistan etiraf edir: Azərbaycan olmadan regional proses mümkün deyil

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

"Regional diplomatiya Azərbaycanın xarici siyasətinin ən fəal istiqamətlərindən biridir. Bu, təsadüfi deyil, ölkənin regionda çoxşaxəli maraqları var. Azərbaycan üçün bu coğrafiya həm geniş əməkdaşlıq perspektivləri, həm də müxtəlif təhlükələr saxlayır". Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.O qeyd edib ki, regionda Türk dünyasına aid beş ölkə mövcuddur:"Eyni zamanda Ermənistan kimi düşmən dövlət, münasibətləri sabit olmayan İran və Rusiya kimi tərəflər var. Bununla yanaşı, Azərbaycanın sınanmış, strateji müttəfiqi olan Türkiyə də bu bölgədə yer alır. Belə mürəkkəb şəraitdə Azərbaycan hər bir dövlətə münasibətdə fərqli və məqsədyönlü diplomatik xətt yürüdüb və bu yanaşma ona bölgədə üstün mövqey əldə etməyə imkan verib".Onun fikrincə, təsadüfi deyil ki, sadalanan ölkələrin hər biri, hətta Ermənistan belə regional maraqlarının reallaşmasında Azərbaycandan asılı olduğunu etiraf edir:"Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan bu gün region ölkələri üçün strateji tranzit və çıxış qapısı rolunu oynayır. Bu mövqe öz-özünə yaranmayıb, uzunmüddətli, ölçülüb-biçilmiş siyasətin nəticəsidir. Azərbaycan həm regiondaxili prosesləri, həm də dövlətlərarası münasibətləri qlobal güc mərkəzləri ilə uğurla əlaqələndirib".A.Quliyev bildirib ki, regional diplomatiya eyni zamanda Qərb və Avrasiya istiqamətindəki siyasətlə, ABŞ, Çin və Cənub-Şərqi Asiya ilə əlaqələr kontekstində də düzgün qurulub:"Nəticə etibarilə, Azərbaycan bu gün regionun ən stabil dövlətlərindən biridir və həm regional münasibətlər sistemində, həm də müxtəlif geosiyasi qütbləri birləşdirən əlaqə nöqtəsi kimi mühüm rol oynayır. Bu uğur, Azərbaycanın regional diplomatiyanı qlobal siyasətlə düzgün və çevik şəkildə inteqrasiya etməsinin nəticəsidir".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
56
demokrat.az

1Sources