EN

Dünya bankları qızıl ehtiyatlarını artırmaqda davam edir

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Dünya mərkəzi bankları 2025-ci ilin sentyabr ayında təxminən 39 ton qızıl alıblar. Beləliklə, ilin əvvəlindən bəri ümumi alış həcmi 200 tona çatıb. Bu, keçən illə müqayisədə 7 faiz azdır. Azalmanın əsas səbəbi isə qızılın qiymətinin əhəmiyyətli dərəcədə bahalaşmasıdır.

Redaktor.az bu haqda məlumatı Dünya Qızıl Şurasına istinadla verir.

Sentyabrda ən çox qızıl alan ölkə Braziliya olub. Ölkə 2025-ci ildə ilk dəfə qızıl ehtiyatlarını artıraraq birdən-birə 15 ton alıb. Qızıl ehtiyatlarını artıran digər əsas ölkələr sırasında Polşa (8 ton) və Qvatemala (6 ton) yer alıb. Ay ərzində qızıl satan yeganə ölkə isə Özbəkistan olub - ölkənin Mərkəzi Bankı 4 ton qızıl satıb.

Ümumilikdə isə ikinci ildir ki, ən çox qızıl alan ölkə Polşa olaraq qalır. Polşa Milli Bankı ilin doqquz ayında 67 ton qızıl alıb. 2024-cü ildə isə Varşava öz ehtiyatlarını daha 90 ton artırmışdı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
1
redaktor.az

2Sources