EN

Musiqiyə qulaq asmaq demans riskini azaldır ARAŞDIRMA

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Beynin qocalması təkcə yaş, genetika ilə bağlı deyil, həm də mühit və həyat tərzi amilləri ilə formalaşır

Monash Universiteti tərəfindən aparılan yeni araşdırmaya görə, 70 yaş və yuxarı şəxslərin müntəzəm şəkildə musiqiyə qulaq asması və ya musiqi alətində ifa etməsi demans (ağıl zəifləməsi) riskini əhəmiyyətli dərəcədə azaldır.

Sherg.az xəbər verir ki, tədqiqat nəticəsində müəyyən edilib ki, daim musiqiyə qulaq asan insanların demansa tutulma ehtimalı 39 faiz, musiqi alətində ifa edənlərin isə 35 faiz daha azdır.

Səs gətirən bu araşdırma 10 min 800-dən çox yaşlı iştirakçının məlumatlarını əhatə edən ASPREE (“ASPirin in Reducing Events in the Elderly”) və ASPREE Longitudinal Study of Older Persons (ALSOP) adlı alt tədqiqatlar çərçivəsində aparılıb.

Nəticələrə əsasən, musiqiyə qulaq asmağı vərdişə çevirən insanlarda təkcə demans riski deyil, həm də idrak pozğunluğunun (zehni geriləmənin) faizi 17 faiz az olub. Həm dinləmə, həm də ifa etmə fəaliyyətlərini müntəzəm davam etdirən şəxslərdə isə demans riski 33 faiz, idrak pozğunluğu riski isə 22 faiz azalıb.

Araşdırmanı aparan magistr tələbəsi Emma Jaffa bildirib ki, nəticələr “musiqi fəaliyyətlərinin yaşlı fərdlərdə idrak sağlamlığını qorumaq üçün əlçatan bir strategiya ola biləcəyini” göstərir. Bununla belə, o qeyd edib ki, səbəb-nəticə əlaqəsini sübut etmək üçün daha çox araşdırmaya ehtiyac var.

Professor Joanne Ryan isə demansa qarşı hələ də təsirli müalicə üsulunun mövcud olmadığını, buna görə də xəstəliyin başlanmasını önləyəcək və ya gecikdirəcək yolların müəyyən edilməsinin böyük əhəmiyyət daşıdığını deyib.

Ryan əlavə edib: “Beynin qocalması təkcə yaş və genetika ilə bağlı deyil, həm də mühit və həyat tərzi amilləri ilə formalaşır. Tapıntılarımız göstərir ki, musiqiyə qulaq asmaq və ya ifa etmək kimi həyat tərzinə əsaslanan fəaliyyətlər idrak sağlamlığını dəstəkləyir.”

Turan

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
20
sherg.az

10Sources