Özbəkistana media-turun ikinci günündə Azərbaycanın mətbuat nümayəndələri "İçan-Qala" dövlət qoruq-muzeyini ziyarət ediblər.
"Report"un Xivəyə ezam olunmuş müxbirinin məlumatına görə, "İçan-Qala" Özbəkistanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən ilk obyektidir. Bu unikal açıq səma muzeyi XVI-XIX əsrlərdən qorunub saxlanılan 50-dən çox tarixi tikililəri - mədrəsələri, məscidləri, minarələri, karvansarayları və qədim yaşayış məhəllələrini birləşdirir.
"Cebheinfo.az"