EN

"ABŞ ilə yalnız bu məsələdə danışıqlar aparacağıq" - Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın nüvə məsələsindən başqa Vaşinqtonla heç bir danışıqlar aparmayacağını bildirib və İranın raket və regional məsələlərdə dəqiq mövqeyini bir daha təkrarlayıb.

"Unikal" xəbər verir ki,  onun sözlərini "Mehr" agentliyi sitat gətirib. 

Nazirlər Kabinetinin bugünkü iclası çərçivəsində çıxış edən xarici işlər naziri Abbas Əraqçi deyib ki, Birləşmiş Ştatlar keçmiş müzakirələrdə dəfələrlə raket və regional problemləri qaldırmağa cəhd etsə də, İranın bu mövzularda mövqeyi “həmişə aydın olub”. O vurğulayıb ki, Birləşmiş Ştatlar ilə hər hansı bir danışıqlar aparılarsa, "onlar yalnız nüvə dosyesinə aid olacaqlar".

Chosen
34
3
unikal.az

4Sources