EN

Kinoteatrda uşaqlar üçün seansda FACİƏ – 32 nəfərin GÖZÜ YANDI

Kinoteatrda 20 uşaq da daxil olmaqla 32 nəfər göz yanığı aldı.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Hakasiyanın Abakan şəhərində yerləşən “Nautilus” kinoteatrında ciddi hadisə baş verib. “Папины дочки” filminin nümayişi zamanı kinoteatr əməkdaşlarından biri dezinfeksiya məqsədilə istifadə olunan kvarс lampalarını söndürməyi unudub. Bu səbəbdən seans boyu zalda güclü ultrabənövşəyi şüalar aktiv qalıb.

Hadisə nəticəsində 32 tamaşaçı, onlardan 20-si uşaq olmaqla, tor qişa yanığı alıb. Zərərçəkənlərdə kəskin göz ağrısı, görmənin zəifləməsi və işığa qarşı həssaslıq müşahidə olunub. Onlar dərhal tibbi yardım müəssisələrinə yönləndirilib.

Hadisə ilə bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən keyfiyyətsiz xidmət göstərilməsi faktı üzrə cinayət işi açılıb. İstintaq davam edir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
19
1
interpress.az

2Sources