EN

Poqosyan terror planlarından danışdı

Ermənistan İstintaq Komitəsinin rəhbəri Artur Poqosyan bildirib ki, dövlət çevrilişinə cəhd işi üzrə artıq konkret sübutlar mövcuddur.

Musavat.com xəbər verir ki, bu barədə o, parlamentin daimi komissiyalarının birgə iclasında deyib.

Poqosyan müxalif “Ermənistan” blokunun deputatı Anna Qriqoryanın suallarını cavablandırarkən bu işdə həbs olunan şəxslərdən biri öz hərəkətlərini açıq şəkildə terrorizm kimi adlandırıb.

Anna Qriqoryan, öz növbəsində, həbs olunanlara - o cümlədən din xadimlərinə - süni şəkildə dövlət çevrilişinə cəhd ittihamı yönəldildiyini bildirib. O qeyd edib ki, bu ittihamlar “Baş yepiskop Baqrat Qalstanyanın telefon danışıqlarının qanunsuz dinlənməsi zamanı əldə edilən “iki-üç nəfəri aradan qaldırmaq lazımdır” kimi ifadələrə əsaslanır”.

Qriqoryan çıxışı zamanı Poqosyana belə müraciət edib:

“Siz vəzifəli şəxs kimi, bütün məlumatlara sahib olaraq, cəmiyyəti qorxutmaq məqsədilə yalnız bir ifadəni seçib önə çıxardınız. Əgər real faktlar varsa, niyə hələ də ictimaiyyətə açıqlanmır? İnsanlar planlarını film kimi lövhələrdə yazırdılarmı?”

Poqosyan isə “dinləmə” ifadəsi ilə razılaşmadığını bildirib və qeyd edib ki, “dinləmə faktı üzrə heç bir istintaq aparılmayıb. Bununla belə, danışığın hansı yolla əldə edildiyini də açıqlamayıb.

O əlavə edib ki, axtarış zamanı tapılan sənədlərdə fəaliyyət planlarında “terrorizm” sözü birbaşa yazılıb:

“Bu sözlər sadəcə deyilmiş ifadələr deyil. Axtarış zamanı ələ keçirilmiş planlarda konkret olaraq binaların, o cümlədən polisə məxsus obyektlərin ələ keçirilməsi barədə qeyd var”.

Musavat.com

Chosen
47
musavat.com

1Sources