EN

Prezidentin təltif etdiyi şəxslər arasında bu tanınmış şəxs də var - FOTO

“Bakı Metropoliteni” QSC-nin bir qrup əməkdaşı təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.


Manset.az xəbər verir ki, sərəncama əsasən, “Bakı Metropoliteni”nin inkişafında əldə etdikləri yüksək nailiyyətlərə və hərəkətin təhlükəsizliyinin təmin edilməsi sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

İsmayılov Elçin Əlpaşa oğlu.

“Tərəqqi” medalı ilə

Aslanov Aslan Məmmədəli oğlu;

Bayramov Rizvan Fərmayıl oğlu;

Heydərov Mehman Səfiyar oğlu;

İbrahimov Əliqismət Sərdər oğlu;

Kazımov Sənan Məsim oğlu;

Məmmədov Bəxtiyar Miryusif oğlu;

Məmmədov Tural Cavanşir oğlu;

Yusubov Namiq Nəsrullah oğlu;

Zamanov Anar Arif oğlu.

Qeyd edək ki, təltif edilənlər sırasındakı  Bəxtiyar Məmmədov "Bakı Metropoliteni" QSC-nin mətbuat katibidir və ictimaiyyət arasında tanınan şəxsdir. 


Chosen
15
49
manset.az

10Sources