EN

Futbol klubunun oyunçuya verdiyi 25 manatlıq hədiyyə kartı gündəm oldu

Belarusun II Liqasının “Torpedo-BelAZ-2” klubu növbəti dəfə qeyri-adi hədiyyə ənənəsi ilə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, komanda hər matçın ən yaxşı oyunçusuna fərqli və bəzən gülməli hədiyyələr təqdim etməklə tanınır.

Daha əvvəl futbolçular doqquz kiloqramlıq toz yuyucu, bir bağlama şampinyon, vedrə ilə göbələk və hətta şaurma üçün sertifikat qazanmışdılar.

Bu dəfə isə “Vitebsk-2” ilə oyunun ən yaxşı futbolçusu seçilən Makar Maslenikov, kargüzarlıq malları mağazası “Smailik” üçün 50 Belarus rublu (təxminən 25 manat) dəyərində hədiyyə kartı ilə mükafatlandırılıb.

Ən maraqlı detal isə təqdim olunan kartın üzərindəki kobud yazı səhvi olub - “Sertifikat” əvəzinə böyük hərflərlə “Setrifikat” yazılıb.

İdman.Biz

Chosen
25
1
idman.biz

2Sources