EN

Avropa İttifaqı 2028-ci ildən hərbi mobillik xərclərini 10 dəfə artıracaq

Avropa İttifaqı 2028-ci ildən hərbi mobillik xərclərini 10 dəfə artıracaq

Avropa İttifaqının (Aİ) hərbi mobillik sahəsindəki layihələrə ayırdığı büdcə 2028–2034-cü illəri əhatə edən növbəti yeddiillik büdcə planında 10 dəfə artırılaraq 17 milyard avroya çatacaq.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə davamlı nəqliyyat və turizm üzrə Avropa komissarı Apostolos Tsitsikostas bildirib.

Onun sözlərinə görə, hazırkı yeddiillik büdcə dövründə (2021–2027) bu məqsədlə ayrılmış 1,7 milyard avro cəmi üç il ərzində xərclənib, çünki Aİ ölkələri bu sahədəki layihələrə böyük maraq göstəriblər.

“Biz yeni büdcə çərçivəsində hərbi mobillik və infrastruktur üçün 17 milyard avro ayıracağıq. Bu, əvvəlki dövrlə müqayisədə onqat artım deməkdir”, – deyə Tsitsikostas qeyd edib.

Aİ-də “hərbi mobillik” anlayışı bütün nəqliyyat infrastrukturunun – limanların, hava limanlarının, dəmir və avtomobil yollarının, xüsusilə də körpü və tunellərin – hərbi qüvvələrin, texnikanın və sursatın mümkün münaqişə zamanı sürətlə daşınması üçün yenidən qurulmasını nəzərdə tutur.

Əsas istiqamət kimi isə ənənəvi olaraq Qərbdən Şərqə uzanan marşrut götürülür. Bu marşrut ABŞ, Böyük Britaniya və Kanadadan Avropanın Atlantik sahilinə gələn qoşunların Rusiyaya və Belarusa yaxın sərhədlərə operativ şəkildə daşınmasını təmin etməyə hesablanıb.

Chosen
40
afn.az

1Sources