EN

XİN rəhbəri: Ermənistan, Azərbaycan və Gürcüstan müxtəlif platformalarda əməkdaşlıq edə bilər

Ermənistan, Azərbaycan və Gürcüstan müxtəlif platformalarda əməkdaşlıq edə bilər.

Bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan "Orbeli Forumu: Sülhün və çoxtərəfli əməkdaşlığın qurulması" adlı beynəlxalq konfransda bildirib.

"Ən yaxın qonşularımızla münasibətlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Cənubi Qafqazın üç ölkəsinin - Ermənistan, Gürcüstan və Azərbaycanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş baş tutub. Üç ölkənin əməkdaşlıq edə biləcəyi, ideyalarının və maraqlarının üst-üstə düşə biləcəyi məsələlər var", - o qeyd edib.

A.Mirzoyan vurğulayıb ki, tarix həm də üç ölkənin talelərinin bir-biri ilə bağlı olduğunu göstərir: onlar müstəqillik qazanıb, güclənib, zəifləyib, müstəqilliyini itirib və yenidən qazanıb - hamısı eyni vaxtda.//Report

Chosen
32
3
musavat.com

4Sources