AZ

Ararat Mirzoyan: Tarix Ermənistan, Azərbaycan və Gürcüstanın talelərinin bir biri ilə bağlı olduğunu göstərir

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

XQ Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan "Orbeli Forumu: Sülhün və çoxtərəfli əməkdaşlığın qurulması" adlı beynəlxalq konfransda deyib.

"Ən yaxın qonşularımızla münasibətlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Cənubi Qafqazın üç ölkəsinin - Ermənistan, Gürcüstan və Azərbaycanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş baş tutub. Üç ölkənin əməkdaşlıq edə biləcəyi, ideyalarının və maraqlarının üst-üstə düşə biləcəyi məsələlər var", - o qeyd edib.

A.Mirzoyan vurğulayıb ki, tarix həm də üç ölkənin talelərinin bir-biri ilə bağlı olduğunu göstərir: onlar müstəqillik qazanıb, güclənib, zəifləyib, müstəqilliyini itirib və yenidən qazanıb - hamısı eyni vaxtda.

N.AdilqızıXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
3
xalqqazeti.az

4Mənbələr