EN

Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə iki ev hədiyyə edib?: Çıxarışın FOTOSU - VİDEO

Azərbaycan Respublikasının Milli Məclisi II və III çağırış deputatı, Milli Şuranın Kordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli ilə bağlı yeni iddialar yayılıb.

"Cebheinfo.az" xəbər verir ki, oxu24com saytı onun Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə əlaqələrinə dair faktlar təqdim edib.    Məlumatda vurğulanır ki, Gültəkin  Hacıbəyli ilə Ramiz Mehdiyevin əlaqələrinin uzun illərə dayanan keçmişi var. G.Hacıbəylinin deputat seçilməsində R.Mehdiyevin xüsusi rolu olduğunu qeyd edən sayt həmin əlaqələrin G.Hacıbəyli deputat olduqdan sonra daha da dərinləşdiyini yazıb.

İddiaya görə, Ramiz Mehdiyevin birbaşa sahibi olduğu binalarda Gültəkin Hacıbəyliyə iki  ev hədiyyə edilib. Sayt həmin mənzillərin ünvanı və  sənədləri barədə dəqiq məlumatlar əldə edib.

Söhbət Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 251 A ünvanında yerləşən çoxmərtəbəli yaşayış  kompleksindən gedir. Həmin binaların  Ramiz  Mehdiyevə  məxsus  olması  heç kəsə sirr deyil. Bu həm sənədlərlə, həm də,həmin  binada yaşayan sakinlərin ifadələri ilə öz təsdiqini tapır. El arasında da sözügedən tikililər “Ramiz Mehdiyevin evləri” adlandırılır. Həmçinin Ramiz Mehdiyevə məxsus olduğu  deyilən bir neçə şirkətin də hüquqi ünvanı məhz bu küçədə yerləşən mənzil göstərilir.

Məlum olur ki, R.Mehdiyev  Gültəkin Hacıbəylini “mükafatlandırmaq” məqsədi ilə  bina tikilən ərəfədə, 2005-ci ildə ona iki mənzil həddiyə edib. Bina istismara verilən tarixdən Hacıbəyli orada yaşasa da, evin sənədləşməsi və çıxarışların alınması 2008-ci ilə təsadüf edir. Həmin mənzillərdən biri  Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adındadır. Söhbət  həmin ünvanda yerləşən  179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir. Məlumata görə, G.Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib.

Eyni  binanın 13-cü mərtəbəsində G.Hacıbəyliyə daha bir mənzil bağışlanıb. Bu mənzil isə Hacıbəylinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178.18 kv.m  sahəsi olan, 4 otaqlı  mənzildə G.Hacıbəyli özü tək yaşayır. Onu da qeyd edək ki, Gültəkin Hacıbəyli Azərbaycan Respublikası Milli Məclisinin (II və III çağırış) deputatı olub. Bu isə 2000-2010 -cu illəri əhatə edir. Mənzillərin də ona  deputat olduğu zamanda  verildiyi bir daha sənədlərlə və tarixlərlə təsdiqlənir.

"Cebheinfo.az"

Chosen
21
6
cebheinfo.az

10Sources