EN

Viza sərbəstləşdirməsi: Ermənistan və Aİ nümayəndələri strateji islahatları müzakirə ediblər – ÖZƏL

Ermənistan daxili işlər naziri Arpine Sarkisyan noyabrın 5-də Avropa Komissiyasının Miqrasiya və Daxili İşlər üzrə Baş direktor müavini Yohannes Luçner ilə görüşüb.

Olaylar.az xəbər verir ki, Ermənistan DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Luçner Ermənistan-Aİ viza rejiminin sərbəstləşdirilməsi üzrə Fəaliyyət Proqramını Ermənistan tərəfinə təqdim etmək üçün ölkədə səfərdədir.

Nazir Sarkisyan viza rejiminin sərbəstləşdirilməsinin Aİ ilə əməkdaşlığın gücləndirilməsinə yönəlmiş Ermənistan-Aİ tərəfdaşlığının mühüm mərhələsi olduğunu bildirib. O, vurğulayıb ki, Ermənistan viza sərbəstləşdirməsi üzrə Fəaliyyət Proqramını vətəndaşların mobilliyi və ictimai təhlükəsizlik sahələrində islahatlar üçün strateji sənəd kimi nəzərdən keçirir.

Görüş zamanı Fəaliyyət Proqramının əsas istiqamətləri müzakirə edilib.
Öz növbəsində, Aİ nümayəndəsi Ermənistanın viza rejiminin sərbəstləşdirilməsi istiqamətində atdığı addımları yüksək qiymətləndirib və bu prosesin səmərəli koordinasiyasına görə Sarkisyana təşəkkür edib.

Sarkisyan isə cavab olaraq bildirib ki, Ermənistan öz vətəndaşlarının Avropa İttifaqı ölkələrinə daxil olması üçün layiqli və rahat imkanlar təmin etməyə yönəlmiş islahatları həyata keçirməyə sadiqdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
45
olaylar.az

1Sources