EN

Səhiyyə xərclərinə nə qədər vəsait ayrılacaq?

Yazını böyüt
Yazını kiçilt

"Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən biri də səhiyyə sahəsidir".

Hafta.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, növbəti ildə dövlət büdcəsindən səhiyyə xərcləri üçün 2 milyard manat vəsait proqnozlaşdırılır:

"Bu 2025-ci illə müqayisədə 31 milyon manat və ya 1.5 faiz, ötən illə müqayisədə isə 196 milyon manat və ya 10.7 faiz çoxdur. Son beş ildə (2022-2026-cı illər) dövlət büdcəsinin səhiyyə xərcləri mütləq ifadədə 606 milyon manat və ya 43 faiz artıb. Ölkəmizin icmal səhiyyə xərclərinə nəzər yetirsək, 2026-cı il üçün icmal büdcənin səhiyyə xərcləri 3.7 milyard manat müəyyən edilib. Bu keçən illə müqayisədə 1.1 milyard manat və ya 40 faiz, 2025-ci il ilə müqayisədə isə 227 milyon manat və ya 6.4 faiz çoxdur. Son 5 ildə ümumilikdə səhiyyə xərcləri mütləq ifadədə 2.3 milyard manat və ya 2.6 dəfə artıb. 2026-cı il üçün səhiyyə sahəsi üzrə xərclərin tərkibində icbari tibbi sığorta üzrə xərclər 2.6 milyard (70 faiz) manat proqnozlaşdırılır. Bu 2024-cü ilin faktiki icrası ilə müqayisədə mütləq ifadədə 407 milyon manat və ya 18.4 faiz, 2025-ci ilin gözlənilən icrası ilə müqayisədə 371 milyon manat və ya 16.5 faiz çoxdur. 2026-cı ildə icbari tibbi sığorta fondunun xərclərinin maliyyələşdirilməsi məqsədilə gəlirlərinin diversifikasiyası aparılmış, icbari tibbi sığorta haqları, dövlət büdcəsindən ayrılan vəsait və Fondun əvvəlki illərdə formalaşmış ehtiyat vəsaitləri hesabına zəruri maliyyə təminatı tam təmin edilib".

Chosen
59
hafta.az

1Sources