EN

Müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılacaq VƏSAİT

Yazını böyüt
Yazını kiçilt

"Əsas prioritet xərclərdən olan ölkəmizin müdafiə və təhlükəsizliyinin, o cümlədən ordunun xidmət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində vəzifələrin icrası üçün gələn il müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsi xərclərinin 20.9 faizi həcmində və ya 8.7 milyard manat məbləğində vəsait nəzərdə tutulub".

Hafta.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu, cari ilə nisbətən 319 milyon manat və ya 3.8 faiz, ötən ilin icra göstəricisi ilə müqayisədə 2.2 milyard manat və ya 32.8 faiz çoxdur:

"Müdafiə və təhlükəsizlik üzrə xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi son beş ildə (2022-2026-cı illər) mütləq ifadədə 3.8 milyard manat və ya 1.8 dəfə artıb".

Chosen
33
hafta.az

1Sources